Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 714 $▲0.94%
  • Ethereum1 811 $▲2.42%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya Mərkəz Bankından ETİRAF: "Neft sanksiyaları iqtisadiyyata təsir edəcək"

image-rusiya-bankii
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqının (Aİ) Rusiya neftinə tətbiq etdiyi yeni sanksiyalar və qiymət məhdudiyyətləri ölkədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə azalda biləcək “yeni iqtisadi şoklar”dır.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Bankı yayıb.

Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış “Trendlər nə deyir?” Hesabatda deyilir ki, qismən səfərbərlik oktyabrın ortaları və noyabrın əvvəllərində Rusiya iqtisadiyyatında qısamüddətli tənəzzülə səbəb olub.

Noyabrın ikinci yarısında iqtisadiyyatın ümumilikdə yenidən stabil prosesə girdiyinə dair məlumatların yer aldığı hesabatda bunun əsas səbəbi kimi hökumətin verdiyi sərəncamlar göstərilib.

Hesabatda Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalını dayandırması və Rusiya neftinə 60 dollar civarında qiymət məhdudiyyətini tətbiq etməyə başlamasının Rusiya iqtisadiyyatına mənfi təsir edəcəyi bildirilib.

Aİ-nin yeni addımlarının iqtisadiyyatı şoka sala biləcəyinə diqqət çəkən hesabatda qeyd edilib: “Rusiyadakı iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə azalda biləcək yeni iqtisadi faktorlar arasında Avropanın Rusiya neftinə tətbiq etdiyi sanksiyalar və qiymət məhdudiyyətləri ön plana çıxır”.

Qeyd edək ki, Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin maksimum qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

Rusiya rəsmiləri qiymət məhdudiyyəti qərarına qatılan ölkələrə neft və neft məhsulları satmayacaqlarını açıqlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93280