
Rusiya MN Soledar şəhərinin ələ keçirildiyini açıqlayıb
Rusiya qoşunları Ukraynanın Soledar şəhərini ələ keçirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 12-də axşam saatlarında Soledar Rusiya qoşunları tərəfindən alınıb” – deyə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilib.























