Rusiya MN: “Sülhməramlılar Xocavənd rayonundan 70 mülki vətəndaşı Xankəndiyə aparıb”

image-rusiya-mudafie-nazirliyibackend

Rusiya sülhməramlıları Xocavənd rayonunun 70 sakinini  Xankəndiyə aparıb.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Sülhməramlılar regionda aktiv döyüşlər başlayandan bəri Ağdərə, Xocavənd və Əsgəran rayonlarından dinc əhalini təxliyə edirlər.

“Ümumilikdə 70 nəfər Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə aparılıb”, – Rusiya Müdafiə Nazirliyi qeyd edib.

Nazirlik həmçinin bildirib ki, Rusiya sülhməramlı qüvvələri son sutka ərzində Qarabağdakı mülki əhaliyə 190 metrik ton ərzaq və yanacaq çatdırıb. 715 mülki şəxs, o cümlədən 402 uşaq sülhməramlıların yanında qalır. Onlara yaşayış, yemək və tibbi yardım göstərilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki