Rusiya müdafiə nazirinin fərari pop müğənni oğlu Türkiyədə peyda olub – FOTO

image-soyqu44backend

Ukraynanın işğalına rəhbərlik edən adlardan olan Rusiya müdafiə naziri Sergey Şoyqunun gizli saxladığı qeyri-qanuni oğlu ilə bağlı ortaya çıxan məlumatlar Rusiyada böyük müzakirələrə səbəb olub.

Busaat.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun nikahdankənar doğulan oğlunun fərari pop müğənnisi olması xəbəri ölkə gündəminə bomba kimi düşüb.

Rusiya mətbuatının məlumatına görə, 2000-ci illərin əvvəllərində stüardessa Yelena Şebunova ilə münasibətdən dünyaya gələn, 68 yaşlı Şoyqunun gizli oğlunun 22 yaşlı estrada müğənnisi Dalila Şebunov olduğu üzə çıxıb. Onun səhnə adı Şebadır.

Gənc müğənninin Ukraynanın işğalından sonra Rusiyada elan edilən qismən səfərbərlikdən qaçaraq Türkiyəyə gəldiyi bildirilib. Rusiya mətbuatında yer alan xəbərə görə, musiqi karyerasında sürətlə yüksələn Şebunaov dəbdəbəli həyatı ilə seçilir.

Bildirilib ki, gənc müğənni sentyabr ayında hərbi xidmətə çağırılıb, amma orduya getmək əvəzinə Türkiyəyə yollanıb. Həmyaşıdları Ukraynaya döyüşə gedərkən, Türkiyə sahillərində istirahət edən müdafiə nazirinin gizli oğlu Rusiyada reaksiyalara səbəb olub.

Şoyqunun rəhbərlik etdiyi Rusiya Müdafiə Nazirliyi sentyabrda 300 min insanı səfərbərliklə müharibəyə çağırıb. Bir çox rus gəncinin hərbi xidmətə getmək əvəzinə müxtəlif ölkələrə, o cümlədən Türkiyəyə qaçması gündəmdə idi.

Şebunovun instaqram hesabında onun həmin vaxtlar Türkiyədə dəniz və günəşin keyfini çıxardığı, masajlar aldığı, günəş vannası qəbul etdiyi görünür.

Gəncin kimliyini açıqlayan həbsdə olan rusiyalı dissident Aleksey Navalninin komanda üzvlərindən biri Mariya Pevçix, “Şeba VİP uşaqdır. Onun cəbhəyə getməsinə ehtiyac yoxdur”, – deyə istehza edib. Onun haqqında yayılan xəbərlərdən sonra müğənninin instaqram hesabını da bağlaması diqqət çəkib.

Evliliyindən iki qızı olan Şoyqunun Yelena Şebunova ilə münasibətindən Şeba da daxil olmaqla iki övladı olduğu bildirilir. Rusiyalı nazir bundan əvvəl nikahdankənar münasibətlərlə bağlı xəbərləri təkzib etmişdi.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90