Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

Rusiya Müdafiə Nazirliyindən  Qarabağ AÇIQLAMASIbackend

Rusiya Müdafiə Nazirliyi Qarabağı münaqişəsinin həll olunması təşəbbüslərinin həyata keçirilməsində fəal iştirak edir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Hərbi Departamentindən bildirilib.

Bəyanatda deyilir: “Rusiya Müdafiə Nazirliyi öz səlahiyyətləri çərçivəsində Rusiya Federasiyasının Dağlıq Qarabağdakı vəziyyəti mümkün qədər tez sabitləşdirmək təşəbbüslərinin həyata keçirilməsində fəal iştirak edir”.

Rusiya Federasiyası Müdafiə Naziri, Ordu generalı Sergey Şoyqunun apardığı danışıqlar da daxil olmaqla bu işin əsas məqsədinin Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və bölgədəki vəziyyəti normallaşdırmaq üçün münaqişə tərəfləri arasında danışıqlara keçid olduğu vurğulanır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90