
Rusiya müdafiə rəsmisi ilə iranlı həmkarı Moskvada danışıqlar aparır
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və İran Ordusunun Quru Qoşunlarının komandanı Kioumars Heydəri Moskvada danışıqlar zamanı hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib.
“Həmkarlar ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Söhbət zamanı ikitərəfli təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər dialoqu dərinləşdirmək, müdafiə sahəsində təmasların inkişaf səviyyəsini artırmaq niyyətlərini bir daha təsdiqləyiblər”, – nazirlik qeyd edib.
İranın hərbi nümayəndə heyəti həftənin əvvəlində Moskvaya gəlib. Avqustun 21-də Rusiya Quru Qoşunlarının Baş Komandanı Oleq Salyukov və İran Ordusunun Quru Qoşunlarının komandanı Kioumars Heydəri ölkələrin silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi istiqamətində hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər müxtəlif sahələrdə quru qoşunları arasında əməkdaşlığın daha da artırılması barədə razılığa gəliblər.























