Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 230 $▼1.46%
  • Ethereum1 909 $▼0.95%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya müqavimətimizi sındırmaq üçün heç vaxt yol tapmayıb, tapmayacaq - Zelenski

image-zelenskiyreu19024422
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya müqavimətimizi sındırmaq üçün bir yol tapmayıb və şübhəsiz ki, tapmayacaq”.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında videomüraciət paylaşıb.

“Rusiya-Ukrayna müharibəsi 9 aydır davam edir. Rusiyanın Ukraynanın kritik enerji infrastrukturlarına qarşı intensiv raket hücumları nəticəsində bütün ölkədə elektrik və içməli su problemləri indiyədək davam edir. İçməli su ilə bağlı ən ciddi problemlər Kiyev, Kirovoqrad, Dnepr, Lvov, Poltava və Xarkov bölgələrində yaşanıb, 15 bölgədə əhalinin elektrik enerjisi ilə təmin olunmasında çətinliklər var” –deyə, Zelenski qeyd edib.

Cəbhədəki döyüş fəaliyyətlərinə toxunan Zelenski Rusiya hücumlarını bir neçə nöqtədə uğurla dəf etdiklərini bildirib: “İnsanlarımız cəsarətlə müdafiə olunur. Bizim irəliləməyə hazır olduğumuz tərəflər də var”.

“Bu terror növü rus ordusunun Xerson vilayətini tərk etməyə məcbur olmasından dərhal sonra başlayıb. Bu uduzanların qisasıdır. Onlar necə döyüşəcəklərini bilmirlər. Hələlik əllərindən gələni terror etməkdir. Siz və mən 9 aydır ki, böyük miqyaslı müharibəyə dözmüşük. Rusiya bizi heç vaxt sındırmaq üçün yol tapmayıb və tapmayacaq” –deyə, Zelenski cəbhədəki uğursuzluğa görə Rusiya qüvvələrinin Ukraynadakı mülki və enerji infrastrukturlarına hücumlara başladığını vurğulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91844