
Rusiya Norveç diplomatlarını ölkədən çıxarır
Norveç 15 rus diplomatını “persona non qrata” elan edib. Sözügedən qərar “düşmən” addımdır və ikitərəfli münasibətləri çətinləşdirir. Norveçin Moskvadakı səfiri Robert Kvilen nazirliyə çağırılıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir.
Bəyanatda qeyd olunub:
“Cavab olaraq Kvilenə Norveçin Moskvadakı səfirliyinin və müdafiə attaşesinin 10 nümayəndəsinin persona non qrata elan edildiyi barədə nota təqdim edilib. Səfirə məlumat verilib ki, digər tədbirlər, o cümlədən Norveçin diplomatik nümayəndəliklərində Rusiya vətəndaşlarının işlə təmin olunmasına məhdudiyyətlər tətbiq edilib”.
Busaat.az























