
Rusiya ordudakı əsgərlərin sayını 1,5 milyona çatdıracaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ordudakı əsgərlərin sayının 1,5 milyona çatdırılacağını açıqlayıb. Digər tərəfdən, orduda “Moskva və Leninqrad” adlanan 2 yeni strateji hərbi zona yaradılacaq.
Busaat.az xəbər verir ki Şoyqu nazirlik rəsmiləri ilə görüşündə 2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklərin ediləcəyini bildirib.
Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətini genişləndirmək üçün bütün fəaliyyətlərin kompleks planda birləşdirilməli və müdafiə sənayesindən silahların çatdırılma müddətinə uyğunlaşdırılmalı olduğunu qeyd edən Şoyqu həmçinin prezident Putinin silahların sayını artırmaq qərarına gəldiyini bildirib.
“Dövlətin hərbi təhlükəsizliyini təmin etmək və Rusiya Federasiyasının mühüm obyektlərini qorumaq yalnız ordunun əsas struktur komponentlərini gücləndirməklə mümkündür” – nazir bildirib.
Qeyd edək ki Putin ötən il imzaladığı qərarla 2023-cü ilə qədər əsgər sayını 137 min artaraq 1 milyon 150 min 623-ə çatdırıb.
Busaat.az























