
Rusiya ordusunun hücumlarında ölənlərin sayı 19-a çatıb
Rusiyanın dünən Ukrayna şəhərlərinə yönəlmiş hücumlarında həyatını itirənlərin sayı 19-a çatıb, 105 nəfər isə yaralanıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Təcili Yardım xidmətindən verilən açıqlamada bildirilib.
Açıqlamada hücumlar nəticəsində Kiyev və Lvivin də yer aldığı bölgələrin 301 yaşayış məntəqəsinə elektrik təminatının kəsildiyi elan olunub.
Qeyd edək ki, dünən Rusiya Silahlı Qüvvələri Kiyev, Lviv və Dnipro başda olmaqla Ukraynanın bir çox şəhərlərinə raket və kamizadze PUA-larla hücumlar həyata keçirib.
Busaat.az























