
Rusiya öz iqtisadiyyatını dünyadan təcrid etmək niyyətində deyil - Patruşev
Rusiya suveren dövlətlərlə iqtisadi əməkdaşlığı inkişaf etdirəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rossiyskaya qazeta” qəzetinə müsahibəsində deyib.
“Rusiya öz iqtisadiyyatını dünyaya bağlamaq fikrində deyil. O, açıq qalacaq və bizimlə əməkdaşlıq sayəsində özünün çiçəklənməsinin qayğısına qalan suveren dövlətlərin iqtisadiyyatları ilə inteqrasiya olunacaq”, – Patruşev deyib.
“Ölkəmiz hazırda təkcə daxili sabitliyi deyil, həm də xalqımızın təhlükəsizliyini kənar təhlükələrdən qorumağa qadirdir”, – diplomat əlavə edib.
Busaat.az























