“Rusiya peyvəndləri “Kalaşnikov” kimi etibarlıdır” – Putin

image-putin_5backend

“Rusiya istehsalı “COVID-19” peyvəndləri “Kalaşnikov” avtomatı kimi sadə və etibarlıdır”.

Busaat.az  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Tatyana Qolikova ilə videokonfrans zamanı bildirib.

“Preparatlarımız on illərdir istifadə olunan texnologiyalara və platformalara əsaslanır. Bunlar da çox müasirdir və bu gün, şübhəsiz ki, ən etibarlı və təhlükəsizdir. Onlar “Kalaşnikov” avtomatı kimi etibarlıdırlar. Bunu biz demirik, bunu avropalı mütəxəssislərdən biri deyib. Düşünürəm ki, o, şübhəsiz ki haqlıdır: sadə və etibarlı, “Kalaşnikov” avtomatı kimi”,- deyə Putin əlavə edib.

Yerli peyvəndlərdən bəhs edən Rusiya dövlət başçısı, onların saylarının artdığını da qeyd edib. Bildirib ki, göstəricilərdən asılı olaraq mütəxəssislər bu peyvəndlərin müxtəlif variantlarından istifadə etməyi tövsiyə edə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90