
Rusiya Qarabağ məsələsində vasitəçidir, tərəflərdən təmkin gözləyir - Peskov
Ermənistan və Rusiya liderləri Moskvada Qələbə paradı zamanı ayrıca söhbət ediblər.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Qarabağda vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin gözləyir“, – Peskov deyib.
“Bilirsiniz ki, təmaslar davam edir, Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Paşinyanla ayrıca söhbət edib, Azərbaycan tərəfi ilə təmaslar davam edir”, – diplomat bildirib.
Peskov qeyd edib ki, hazırda Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında təmaslar planlaşdırılmır.
“Biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq” – o, əlavə edib.
Busaat.az























