
Rusiya qoşunları Ukraynadan çıxmayana qədər sülh mümkün deyil - Rişi Sunak
Böyük Britaniyanın Baş naziri Rişi Sunak müttəfiqlərini Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb.
Busaat.az xarici xəbər verir ki, Baş nazir bunu Baltikyanı regiona səfəri zamanı bildirib.
Sunak Danimarka, Estoniya, Finlandiya və Latviyanın Ukraynaya dəstək görtərməsinin vacib olduğunu vurğulayıb.
O, həmçinin əlavə edib ki, Böyük Britaniya Ukraynaya yüz minlərlə artilleriya patronu göndərəcək.
Sunak Rusiyanın qoşunlarını Ukraynadan çıxarmayana qədər sülh danışıqlarının mümkün olmayacağını da diqqətə çatdırıb.























