
Rusiya qüvvələri Ukraynada 3 hava hücumu və 3 raket hücumu həyata keçirdi
Ukrayna Baş Qərargahı Rusiya ordusunun son saatlarda Ukraynaya 3 hava və 3 raket hücumu həyata keçirdiyini bildirib.
Busaat.az xəbər verir ki, Rusiya ordusunun Ukraynaya hücumlarını davam etdirdiyi bildirilən açıqlamada bu ifadələr yer alıb:
“Rusiya qüvvələri son 24 saat ərzində 3 hava və 3 raket hücumu həyata keçirib. Bundan əlavə, çoxsaylı buraxılış raket sistemi ilə 20-dən çox hücum həyata keçirilib. Xarkov, Donetsk və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib”.
Bəyanatda Rusiya qüvvələrinin Liman və Bəhmut istiqamətlərində “böyük” itkilər verdiyi, Avdiyivka və Novopavlovsk istiqamətlərində isə uğursuz əməliyyatlar keçirdiyi iddia edilib.
“İşğalçılar Ukrayna əsgərlərinin Xerson bölgəsindəki mövqelərini və mülki obyektlərini, Luqansk və Donetskdəki bəzi yaşayış məntəqələrini bombalamağa davam ediblər”, – məlumatda qeyd edilib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Donetsk vilayətindəki Blaqodatnoye qəsəbəsinin Rusiya hərbçiləri tərəfindən nəzarətə götürüldüyünü bildirib.























