Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya sabahdan xarici vətəndaşlara elektron vizaların verilməsinə başlayır

image-1397879
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xarici vətəndaşlar sabahda  etibarən Rusiyaya universal elektron birdəfəlik giriş vizası ala biləcəklər.

Busaat.az xəbər verir ki, elektron viza Avropa ölkələri də daxil olmaqla 55 ölkənin vətəndaşlarına şamil ediləcək.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, viza Rusiyaya turistik, işgüzar, humanitar və qonaq səfərləri üçün daxil olmağa imkan verir. Elektron viza birdəfəlikdir və 16 gün müddətində etibarlıdır.

Əcnəbilər elektron viza üçün Rusiya Xarici İşlər Nazirliyinin xüsusi saytında (electronic-visa.kdmid.ru) və ya mobil proqram vasitəsilə müraciət edə bilərlər. Müraciət etmək üçün pasport, tibbi sığorta, pasport şəkli və tam üz şəkli tələb olunur. Viza ərizələri Rusiyaya planlaşdırılan giriş tarixindən ən geci dörd gün əvvəl təqdim edilməlidir.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonuna turist axını elektron vizanın tətbiqi sayəsində 10 milyon nəfərə qədər arta bilər. 2020-ci ildə Rusiya 52 ölkənin xarici vətəndaşlarına 2021-ci ildən elektron viza üçün müraciət etməyə icazə verən qanun qəbul edib. Lakin pandemiya səbəbindən qanunun icrası təxirə salınıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116794