
Rusiya səfiri Estoniyanı tərk edib
Rusiyanın Tallinndəki səfiri Vladimir Lipayev fevralın 8-də Estoniyanı tərk edib.
Busaat.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Tisler-Lavrentjev bildirib.
“Rusiya Səfirliyi Estoniya Xarici İşlər Nazirliyinin notası ilə müəyyən edilmiş tələbləri yerinə yetirib”, – Tisler-Lavrentjev bildirib. O, həmçinin Estoniya səfirinin Rusiya tərəfinin göstərişi ilə Moskvanı bir gün əvvəl tərk etməsi ilə bağlı məlumatı təsdiqləyib.
Tallinn yanvarın 11-də Rusiya diplomatik missiyasının sayını azaltmaq qərarını elan edib. Buna cavab olaraq Moskva Tallinnlə diplomatik münasibətləri aşağı salıb.























