Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 449 $▼1.51%
  • Ethereum1 742 $▼1.77%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya sərhədində partlayış olub, qatar relsdən çıxdı

image-tren
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Ukrayna ilə sərhədində, Bryansk vilayətində relslərə düzülən partlayıcının partlaması nəticəsində yük qatarı alovlanıb və relsdən çıxıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da təsdiqləyib.

Bildirilib ki, yerli vaxtla saat 10:17-də baş verən partlayış nəticəsində 1 lokomotiv yanıb, 7 vaqon relsdən çıxıb. Neft məhsulları və taxta-şalban daşıyan qatarda baş verən yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürənlər göndərilib. Yerli mənbələrdən verilən açıqlamada hadisə nəticəsində ölən və yaralananın olmadığı bildirilib.

Rusiyanın Bryansk vilayətində, Ukrayna və Belarus sərhəddində müharibə başlayandan bəri müxtəlif nöqtələrdə partlayışlar baş verib.

Digər tərəfdən, Rusiya bu gün də Ukraynaya qarşı hücumlarını davam etdirir. Ukrayna ordusundan verilən açıqlamada Rusiyanın gecə saatlarında atdığı 18 qanadlı raketdən 15-nin məhv edildiyi bildirilib. Pavlohrad şəhərində baş verən hücumlar nəticəsində maddi ziyanın olduğu və 34 nəfərin yaralandığı bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108439