Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 930 $▲1.28%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya “Şimal axını”da baş verən təxribatın arxasında kimin dayandığını dəqiq bilmir - Nikolay Patruşev

image-1384757
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moskva təkidlə bildirir ki, “Şimal axını” qaz kəmərlərində baş verən təxribatla bağlı onun iştirakı ilə obyektiv beynəlxalq araşdırma aparılmalıdır.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Bildirirəm ki, qərəzsiz istintaqın nəticələri ilə təsdiqlənməyən istənilən ittihama etibarlı saymaq olmaz. Buna görə də Rusiya və digər maraqlı ölkələrin iştirakı ilə obyektiv araşdırma aparılmasında israrlıyıq. Terror aktı heç nəyi izah etmir”, – o, deyib.

Patruşev bildirib ki, Rusiya hələ də “Şimal axını” qaz kəmərlərindəki terror aktlarının arxasında kimin olduğunu dəqiq bilmir və ölkə bu “görünməmiş terror aktı”nın təhqiqatına daxil edilməyib.

“Cinayətin əsl himayədarlarını ört-basdır etmək qərarına gələn hökumətyönlü Anglo-Sakson mediası yuxarıdan gələn göstərişlərə əməl edərək, günahı müəyyən bir qrup Ukrayna terrorçularının üzərinə qoydu. Mahiyyət etibarı ilə onlar bir daha cinayətin terror xarakterinə işarə etdilər. İnformasiya kampaniyasının müəllifləri hesab edirdilər ki,heç kim bu versiyaya etiraz etməyəcək”, – Patruşev bildirib.

ABŞ və Böyük Britaniyanın təxribatda iştirak etməməsi fikrinə münasibət bildirən Patruşev deyib: “Bu açıqcası, auditoriyanın məntiqi düşünmə qabiliyyətinin, o cümlədən inkar metodunun olmaması ilə bağlı hesablamalardan irəli gəlir”. “Qəzetlər terror aktının bir qrup ukraynalı terrorçu tərəfindən həyata keçirildiyini bildirsədə, belə bir qrupun mövcud olması və belə şeylər etməyə qadir olub-olmadığı  barədə sual verilməlidir. Heç kimə sirr deyil ki, bu cür fəaliyyətlər xüsusi təlim keçmiş  əməliyyat bölmələri tərəfindən həyata keçirirlir”, –  diplomat əlavə edib.

Təhlükəsizlik katibini bildirib ki, ABŞ və İngiltərənin belə imkanları var. Digər alyans ölkələri də təxribat məqsədləri üçün döyüş üzgüçülərindən istifadə edirlər, lakin  “NATO-nun əsas gündəliyini müəyyən edən ölkənin razılığı və dəstəyi ilə”, – deyə Patruşev vurğulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103748