
Rusiya “Sirkon” raketini yenidən sınaqdan keçirdi - Video
Rusiya “Sirkon” («Циркон») hipersəs raketinin ilk dəfə sualtı qayıqdan buraxılmasını uğurla sınaqdan keçirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Rusiyanın hərbi-dəniz donanması ilk dəfə olaraq “Sirkon” hipersəs raketlərinin “Severodvinsk” nüvə sualtı qayığından buraxılmasını sınaqdan keçirib. Atəş Barents dənizi ərazisində şərti dəniz hədəfi üzərinə həyata keçirilib”, – deyə məlumatda qeyd olunub.























