
Rusiya Suriyaya transsərhəd yardım mexanizminin texniki genişləndirilməsini dəstəkləməyəcək
Rusiya Suriyaya transsərhəd yardım mexanizminin genişləndirilməsinin yalnız öz versiyasını dəstəkləyəcək və texniki uzadılması olmayacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Dalandan çıxmağın yeganə yolu İsveçrədən sonra səsverməyə çıxarılan və transsərhəd yardım mexanizminin təkmilləşdirilməsi üçün əməli tədbirlər təklif edən layihəmizi dəstəkləməkdir. Xəbərdarlıq etmək istərdim ki, layihəmiz dəstəklənməsə, mexanizm bağlanmalı olacaq.Mövcud vəziyyətdə biz heç bir müddət üçün texniki uzadılmasına dəstək verməyəcəyik”, – Nebenzya deyib.
BMT Təhlükəsizlik Şurası mexanizmin altı ay müddətinə uzadılmasını nəzərdə tutan və təmas xətti boyunca yardımın çatdırılması mexanizmini təkmilləşdirmək üçün bir sıra tədbirlər təklif edən Rusiya layihəsinin əleyhinə səs verib.
Qeyd edək ki, qərb layihəsində mexanizmin doqquz ay uzadılması təklif edilirdi.
Busaat.az























