
Rusiya Təhlükəsizlik Şurasının katibi Əlcəzairə səfər edib
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əlcəzairə səfər edib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“O, Rusiya-Əlcəzair təhlükəsizlik əməkdaşlığı məsələlərinə dair bir sıra görüşlər keçirməyə hazırlaşır”, – deyə Təhlükəsizlik Şurasından məlumat verilib.
Rusiya Təhlükəsizlik Şurasının katibi təhlükəsizlik məsələləri ilə bağlı digər ölkələrdən olan həmkarları ilə müntəzəm əlaqə saxlayır.
Qeyd edək ki, Rusiya və Əlcəzair 2022-ci ilin martında Moskvada təhlükəsizlik üzrə məsləhətləşmələr aparıb və Patruşev aprel ayında Moskvada bu ölkənin xarici işlər naziri Ramtane Lamamra ilə görüşüb.
Busaat.az























