Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 774 $▲1.04%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya Türkiyəyə xilasedicilərlə birlikdə iki təyyarə göndərməyə hazırdır – Aleksandr Kurenkov

image-1380517
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün xilasedicilərlə birlikdə iki İl-76 təyyarəsini Türkiyəyə göndərməyə hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindənməlumat verilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyi Qaziantep vilayətində gecə saatlarında baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Türkiyə Respublikasına xilasedicilər göndərməyə hazırdır”, – nazirliyin bəyanatında deyilir.

Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişi ilə Centrospas aviasiya-xilasetmə dəstəsinin və Yüksək Riskli Xilasetmə Əməliyyatları üzrə Lider Mərkəzinin 100 əməkdaşını hazır vəziyyətə gətirib.

Nazirin sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi çətin vəziyyətə düşmüş dost dövlətə hər zaman yardım göstərməyə hazırdır.

“Bizim xilasedicilərimiz bu cür fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün bütün lazımi təcrübə və avadanlıqlara malikdirlər və artıq zəlzələdən zərər çəkmiş əraziyə yola düşməyə hazırdırlar”, – Kurenkov bildirib.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdə nəticəsində son məlumatlara görə, 284 nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri BMT-nin koordinasiyalı humanitar mexanizmləri altında fəaliyyət göstərən Beynəlxalq Axtarış və Xilasetmə Məsləhətçi Qrupunun (INSARAG) standartları üzrə sertifikat alıblar. Centrospas qrupu INSARAG beynəlxalq standartlarına uyğun olaraq “ağır sinif” heyəti kimi sertifikatlaşdırılmışdır.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99585