
"Rusiya üçün tez bir zamanda xüsusi məhkəmə qurulmalıdır" - Roberta Metsola
Rusiya törətdiyi cinayətlərə görə cavab verməli və tez bir zamanda məhkəmə qurmaq üçün həll yolu tapılmalıdır.
Busaat.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Brüsseldə Latviya Prezidenti Egils Levits ilə görüşündə bildirib.
Rusiya-Ukrayna müharibəsinin son məqsədinin sülh olduğunu vurğulayan Metsola deyib: “Buna görə də AP təcavüz cinayəti ilə bağlı xüsusi məhkəmənin yaradılmasını istəyib. Ukrayna məsələsində böyük birlik var”.
Latviya prezidenti Levits də Avropa ölkələrini hərəkətə keçməyə çağırıb.
Rusiyanın cinayətləri üçün məhkəmə yaradılması ideyasını dəstəklədiklərini vurğulayan Levits, “Xüsusi bir məhkəmə yaratmalıyıq. Beynəlxalq ictimaiyyət bunu artıq Yuqoslaviya və Kamboca işlərində edib. Ona görə də indi bu, çox daha zəruridir”, – deyə əlavə edib.
Busaat.az























