Rusiya-Ukrayna müharibəsi dünya müharibəsidir – Roma Papası

image-444557622_0_0_3073_1728_1920x0_80_0_0_bffb762514bd2809ef14d72a71f3bd3abackend

 “Rusiya-Ukrayna müharibəsini sadəcə iki ölkə arasındakı müharibə olaraq düşünmək səhvdir, bu, dünya müharibəsidir”.

Busaat.az xəbər verir ki, bunu katoliklərin ruhani lideri və Vatikan prezidenti Papa Fransisk bəyan edib.

“Müharibə gedir. Məncə, bunu yaxşı və pisin tərəflərin döyüşdüyü bir kovboy filmi kimi düşünmək səhvdir. Bunun iki xalq arasında müharibə olduğunu düşünmək də səhvdir. Bu, dünya müharibəsidir” – deyə, katolik lider bildirib.

Papa onu da qeyd edib ki, onun müharibədən əvvəl Ukraynaya planlaşdırılmış səfəri indiki mərhələdə gündəmdə deyil.

Katolik lider əlavə edib ki, o Qazaxıstanda olduğu zaman digər ölkələrdən nümayəndələr də onunla görüşə gəlib. Belə nümayəndələrdən biri Ukrayna prezidenti Vladimir Zelenskinin əsir mübadiləsinə cavabdeh olan hərbçi olub. Zelenskinin nümayəndəsi Papaya 300 nəfərdən ibarət siyahı təqdim edib və onların azad edilməsində Papadan dəstək istəyib. Əvəzində Papa bu məsələ ilə bağlı Rusiya səfiri ilə məsləhətləşmələr apardığını bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90