
Rusiya Ukrayna münaqişəsində qalib gələnə qədər danışıqlar aparmayacaq - Borrel
Ukraynadakı vəziyyət “nikbin deyil” və Rusiyanın Ukrayna münaqişəsində qalib gələnə qədər danışıqlar masasına oturacağına inanmıram.
Busaat.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel bildirib.
“Mən Rusiyanın müharibədə qalib gəlmək üçün aydın iradəsini görürəm. Rusiya qalib gələnə qədər danışıqlar aparmayacaq”, – diplomat deyib.
O, qeyd edib ki, Avropa İttifaqı Ukraynaya hərbi yardımını artırmağa davam etməlidir.
Busaat.az























