Rusiya-Ukrayna qarşıdurmasında Türkiyə kimin yanında yer alacaq?-ŞƏRH

image-zelenski-erdoganbackend

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şərqində hərbi vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun yığması və genişmiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək.Bu barədə Ukrayna KİV-i məlumat verib.

Məlumata görə, Zelenskinin Türkiyəyə aprelin 10-da səfər edəcəyi gözlənilir. Ukrayna prezidentinin Türkiyəyə səfər proqramı hələlik açıqlanmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verir, Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq edir.

Həmçinin, İkinci Qarabağ müharibəsindən sonra Ukrayna Türkiyədən “Bayraktar TB2” pilotsuz döyüş apparatlarının da iri partiyasını alıb və iki ölkə arasında bu PUA-ların birgə istehsalı barədə razılıq əldə olunub.

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən türkiyəli politoloq Hasan Ali bildirib ki, Türkiyə Suriyada və Azərbaycanda Rusiya silahlarına qarşı Türkiyə silahlarının istifadə edilməsinə icazə verib, ya da birbaşa özü istifadə edib: “Ukraynanın da bir gün Rusiyaya qarşı istifadə edə biləcəyi üçün bu silahları satıb”.

Politoloq Türkiyənin silah satışını hər şeydən əvvəl ticarət olaraq gördüyün əlavə edib: “Ancaq Türkiyənin hər nə qədər NATO ölkəsi olsa da, Ukrayna üzərindən Rusiyaya qarşı təşkil olunacaq bir NATO əməliyyatında NATO-nun yanında yer alacağını düşünmürəm. Ukraynanın da təkbaşına bu işə girişəcəyini hesab etmirəm”.

“Amma belə bir cəhd olarsa, Türkiyə Ukraynanın mövqeyini dəstəkləməz. Hətta, NATO Krımı Rusiyanın əlindən alsa da reaksiya verməz. Lakin həmişə kimi vasitəçi rolunu oynamağa çalışacaq”-deyə, türkiyəli analtik fikrini yekunlaşdırıb.

Müəllif: Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90