
Rusiya Ukraynaya qarşı yeni raket hücumlarına hazırlaşır - Zelenski
Rusiya ordusu Ukraynanın mülki və enerji infrastrukturlarını hədəf alan yeni raket hücumlarına hazırlaşır.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı gündəlik video müraciətində qeyd edib.
Son dövrlərdə olduğu kimi bu həftə də ən ağır toqquşmaların Donetsk cəbhəsində davam etdiyinə diqqət çəkən Zelenski cəbhədəki vəziyyətin çox ağır olduğunu deyib.
Rusiyanın ötən həftə Ukraynada mülki və kritik enerji infrastrukturlarını yenidən bombaladığını bildirən Zelenski, hücumlar nəticəsində ölkədəki enerji problemlərinin həlli üçün təsirli səylər göstərildiyini əlavə edib.
Rusiyanın yeni hücumlara hazırlaşdığını iddia edən Zelenski vurğulayıb: “Terrorçuların yeni hücumlar hazırladığını anlayırıq. Bunu dəqiq bilirik. Təəssüf ki, onların raketləri olduğu müddətcə sakitləşməyəcəklər”.
Busaat.az























