
Rusiya və Çindən birgə hava patrulu: Bombardmançılar qatılıb
Rusiya və Çin döyüş təyyarələri Asiya-Sakit okean regionunda birgə patrul xidməti həyata keçirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Hava-Kosmik Qüvvələri ilə Çin Hərbi Hava Qüvvələrinin birgə hava patrulu həyata keçirdiyi bildirilib.
“Təyyarələr Yapon dənizi və Şərqi Çin dənizi üzərində uçub” – deyə, məlumatda qeyd edilib.
Patrul zamanı Çin təyyarələrini Rusiyanın “Su-30SM” və “Su-35S” döyüş təyyarələrinin müşayiət etdiyi, Rusiya bombardmançılarının uçuşunun 8 saata yaxın davam etdiyi bildirilib.
Busaat.az























