Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi telefon danışığı zamanı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, bundan sonra da birgə səylərə meyilli olduqlarını bildiriblər.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər xüsusilə imtiyazlı strateji tərəfdaşlıq ruhunda davamlı inkişaf edən Rusiya-Hindistan münasibətlərinin cari məsələləri mövzusunda danışıqlar aparıblar.
“Ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası qeyd edilib. Energetika sahəsində irimiqyaslı layihələrin ardıcıl şəkildə həyata keçirilməsinə və beynəlxalq nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi üzrə birgə işlərə qarşılıqlı istək ifadə olunub”, – Kremlin mətbuat xidməti vurğulayıb.









