
Rusiya XİN: “Əslində Blinken ABŞ və NATO-nun "Şimal axını" boru kəmərlərindəki təxribatından danışıb”
ABŞ dövlət katibi Antoni Blinken Kanadanın xarici işlər naziri Melani Coli ilə birgə mətbuat konfransı keçirərkən əslində ABŞ və NATO-nun “Şimal axını 1 və 2” boru kəmərlərini məhv etməsinin motivlərini açıq şəkildə ortaya qoyub.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.
“Blinken açıq şəkildə, tərəddüd etmədən ABŞ və onun NATO tərəfdaşlarının “Şimal axını 1 və 2” qaz kəmərlərinin dağıtmasının motivləri barədə danışıb” – deyə, diplomat Telegram kanalından bildirib.
Məlumatda Blinkenə istinadən qeyd edilib ki, o vaxt boru kəmərləri Avropaya heç bir qaz nəql etməyib, “Şimal axını 2”nin fəaliyyətinə icazə verilməyib və Rusiya “Şimal axını 1” boru kəmərindən gələn enerjidən silah kimi istifadə edir iddiası ilə onun failiyyəti bir neçə həftə dayanıb.
Zaxarova bildirib ki, Rusiya heç vaxt enerjidən silah kimi istifadə etməyib: “Rusiya və ondan əvvəl SSRİ Avropanı sadəcə olaraq qazla təmin edib. Fasiləsiz. 50 ildir. Vaşinqtonun yalanları onun bu məsələdə cinayətkar manipulyasiyasını təsdiqləməyə xidmət edir”.
“Şimal axını” boru kəmərlərini məhv etmək planını Zaxarova Blinkenə istinad edərək bu şəkildə açıqlayıb: “ABŞ hasilatını artırıb və hazırda Avropanın aparıcı LNG təchizatçısıdır. Avropanın Rusiyadan neft və qaz tədarükündə yaşanan hər hansı itkini ödəməyə kömək edir”.
Busaat.az























