Rusiya, Türkiyə və Qətərin Rusiyadan bir milyon ton taxılın Türkiyədə emal edilməsi və daha sonra ən kasıb ölkələrə pulsuz göndərilməsi layihəsinə böyük tələbat varş
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
“Rusiya, Türkiyə və Qətərin Rusiyadan bir milyon metrik ton taxılın Türkiyədə emal olunaraq, sonradan ən yoxsul ölkələrə pulsuz daşınması ilə bağlı birgə layihəsinə böyük tələbat var. Söhbət xüsusilə bu, Qara Dəniz Təşəbbüsü çərçivəsində ehtiyacı olan ölkələrə il ərzində göndərilən təxminən eyni həcmdə ərzaqdan gedir”, – deyə nazirlik qeyd edib.
Rusiya yerli ərzaq və gübrə ixracını davam etdirəcək ki, bu da qlobal qiymətlərin sabitləşməsinə və onların əlçatanlığının yaxşılaşmasına kömək olacaq və məhsulların ehtiyac sahiblərinə pulsuz təhvil verilməsi səylərini dayandırmayacaq.