
Rusiya XİN Nigerdəki münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə çağırıb
Rusiya Nigerdəki münaqişə tərəflərini mübahisələrini dialoq yolu ilə həll etməyə çağırır.
Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Biz münaqişə tərəflərini güc tətbiq etməkdən çəkinməyə və bütün mübahisələri dinc və konstruktiv dialoq yolu ilə həll etməyə çağırırıq”, – diplomat deyib.
Onun sözlərinə görə, Rusiya bu daxili siyasi böhranın tezliklə həll ediləcəyinə ümid edir.
“Biz hərbçilərdən prezident Məhəmməd Bazumun ən qısa zamanda azad edilməsini gözləyirik”, – Zaxarova əlavə edib.
“Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına orada vəziyyət tam normallaşana qədər Nigerə səfərlər etməməyi tövsiyə edir” – o , qeyd edib.
Xatırladaq ki, Niger hərbçiləri prezident Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını və dənizə çıxışı olmayan Qərbi Afrika ölkəsinin sərhədlərinin bağlandığını elan ediblər.
Busaat.az























