
Rusiya xüsusi xidmət orqanları mayın 9-da təhlükəsizliyi təmin etmək üçün hər şeyi edir - Peskov
Rusiya xüsusi xidmət orqanları mayın 9-da təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bütün xüsusi xidmət orqanlarımız təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edir. Çox çətin, gərgin iş gedir”, – Peskov deyib.
O, həmçinin qeyd edib ki, prezident Vladimir Putin mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək Qələbə Paradında çıxış edəcək.
Qeyd edək ki, Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunacaq parad keçiriliəcək.
Busaat.az























