Rusiyada 20 ildir axtarışda olan məmur saxlanıldı

image-yuribackend

Rusiyada 20 ildir cinayətə görə axtarılan məmur tutulub.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Yuri Çekin adlı şəxs Xantı-Mansiysk Muxtar Dairəsinin prokuroru Yuri Bederinin qətlinin təşkilatçısı və sifarişçisi kimi 20 il axtarışda olub. Rusiya Daxili İşlər Nazirliyi onun yerinin deyilməsinə görə 1 milyon rubl mükafat təyin etmişdi. Çekin oktyabrın 26-da Xantı-Mansiyskdə Kalinin küçəsində pəncərələri qeyri-şəffaf örtüklə örtülmüş çoxmənzilli binada tapılıb. O, istintaq idarəsinə təhvil verilib.

Qeyd edək ki, Çekin Rusiya Maliyyə Nazirliyinin Xantı-Mansiysk üzrə nəzarət-audit şöbəsinin müdiri olub. O, büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət təqibindən qaçmaq üçün Bederinin qətlini təşkil edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90