Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.48 $▲1.15%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.288 $▲2.33%
  • Qızıl4 050 $▼1.81%
  • Gümüş52.51 $▼1.38%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.25 ¢▲0.93%
  • Bitcoin73 615 $▼0.11%
  • Ethereum2 061 $▲0.52%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Rusiyada alkoqollu dondurma satan azərbaycanlı cərimələndi

image-se7bulnssr5os0yxtkndnbfsozryxi2nssq1zm6m_1200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Yekaterinburq şəhərində şərabdan dondurma hazırlayaraq satan qeyri-qanuni istehsalçıya 250 min rubl (təxminən 5 300 manat) məbləğində cərimə kəsilib.

Busaat.az-ın Ura.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə şəhər İctimai Palatasının üzvü Dmitri Çukreyev məlumat verib.

Məlumata görə, Plotinka rayonunda dondurma satan şəxsin 30 yaşlı Azərbaycan vətəndaşı Q.Əliyev olduğu məlum olub.

“Məhkəmə onu məhsulları müsadirə olunmaqla, 250 min rubl məbləğində cərimələyib”, – deyə Çukreyev bildirib.

Onun satdığı dondurmaların tərkibində 0.6-0.7% spirt olduğu müəyyən edilib.

Məlum olub ki, o, “Mivino” brendi adı altında dondurma istehsalına başlayıb. İstehsalat obyekti sənaye zonasında yerləşib.

İlkin olaraq sahibkara qanun pozuntularının aradan qaldırılması və spirtli dondurmaların satışdan çıxarılması tələbi ilə göstəriş verilib. Lakin sahibkar buna məhəl qoymamaq qərarına gəlib. Nəticədə onun barəsində inzibati iş qaldırılıb və cərimə yazılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164053