
Rusiyada barıt istehsalı zavodunda yanğın - 7 ölü, 15 yaralı
Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın baş verib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın əhali üçün təhlükə doğurmur.
***
Ryazan vilayətində zavodda yanğın zamanı həlak olanların sayı 16-ya çatıb.























