
Rusiyada büdcə kəsri kəskin artıb: Fərqi aradan qaldırmaq üçün 1 trilyon ayrıldı
Rusiya büdcə kəsrini ödəmək üçün Milli Rifah Fondundan 1 trilyon rubl (16,2 milyard dollar) ayıracaq.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustinin qərar imzalayıb.
Rusiyanın Milli Rifah Fondunda ehtiyatlar sentyabrda 1 trilyon rubl azalaraq oktyabrın 1-nə olan göstəricilərdə 10,8 trilyon rubl (175,3 milyard dollar) təşkil edib.
Qeyd edək ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyada büdcənin qarşıdakı 3 il ərzində də kəsir verəcəyi gözlənilir.
Busaat.az























