
Rusiyada çağırış yaşını 18-30 arasında müəyyən edən qanun layihəsini qəbul edilib
Rusiya Dövlət Duması minimum yaş həddi 18 olaraq saxlanılmaqla, hərbi xidmətə çağırış üçün maksimum yaş həddi 30 yaşa qədər artırılan qanun layihəsini qəbul edib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, Qanun layihəsi mart ayında Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun başçılıq etdiyi bir qrup qanunverici tərəfindən təqdim edilib.
Qanun layihəsində göstərilir ki, 2024-cü il yanvarın 1-dən etibarən hərbi xidmətə çağırış üçün minimum yaş həddi 18 saxlanılır, yuxarı yaş həddi isə 2024-cü il yanvarın 1-dən 27-dən 30-a qaldırılır.
Qeyd olunur ki, hərbi xidmətə çağırılan həmin vətəndaşlar könüllü olaraq bir illik müqavilə bağlaya biləcəklər. Bu cür müqavilələr səfərbərlik zamanı, müharibə dövründə, eləcə də silahlı münaqişələr zamanı, antiterror əməliyyatları zamanı və Rusiya Silahlı Qüvvələrinin xaricdə yerləşdirildiyi istənilən vaxt mövcud olacaq. Ehtiyatda olan hərbçilər də bir il və ya daha az müddətə belə müqavilələr bağlaya biləcəklər.
Sənədə əsasən, fövqəladə hallar zamanı və ya Rusiya Silahlı Qüvvələrinin xaricə göndərilməsi zamanı könüllü xidmətə yazılan çağırışçılar da bir il və ya daha az müddətə, lakin hərbi xidmətə çağırış müddətinin bitməsinə bir aydan gec olmayaraq müqavilə bağlaya biləcəklər.
Busaat.az























