
Rusiyada daha bir ABŞ vətəndaşı saxlanıldı
Rusiyada ABŞ vətəndaşı saxlanılıb. ABŞ-li musiqiçi və keçmiş desant 51 yaşlı Maykl Travis Lik paytaxt Moskvada təhlükəsizlik qüvvələri tərəfindən narkotik alveri ittihamı ilə saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Busaat.az xəbər verir ki, Rusiya mətbuatında yer alan xəbərlərdə Likin ilk dəfə iyunun 6-da nəzarətə alındığı, onun mənzilində şübhəli əşyanın tapıldığı bildirilib. Onu 12 ilə qədər həbs cəzası gözləyir.
ABŞ Dövlət Departamentinin sözçüsü məsələ ilə bağlı qeyd: “Biz ABŞ vətəndaşının Moskvada bu yaxınlarda həbs olunması ilə bağlı məlumatlardan xəbərdarıq”.
Bildirilib ki, uzun müddətdir Rusiyada yaşayan Lik Moskvada ingilis dili müəllimi işləyir və rus qrupları üçün mahnılar tərcümə edir.
Busaat.az























