
Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğradı
Rusiya ordusuna məxsus “Miq-31” tipli qırıcı təyyarə Rusiyanın Primorsk vilayətində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Busaat.az xəbər verir ki, ötən il də analoji hadisə yaşanıb. Belə ki, keçən ilin oktyabrında təlim zamanı qırıcı təyyarə mühərrikdə yaranan nasazlıq səbəbindən yerə çırpılıb.
Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidmətindən verilən açıqlamada Miq-31 tipli döyüş təyyarəsinin planlı təlim uçuşu həyata keçirərkən Primorsk vilayətinin Alekseyevka kəndi yaxınlığında meşə sahəsinə düşdüyü bildirilib.
Açıqlamada ekipajın təyyarəni vaxtında tərk etdiyi, nəticədə itki olmadığı bildirilib.
İlkin ehtimallara görə, qəzaya səbəb təyyarədə texniki nasazlıqların baş verməsi ola bilər.
Busaat.az























