
Rusiyada DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev teleqramda yazıb.
Hadisə Prjevalski küçəsində qeydə alınıb.
Ölən və xəsarət alanlar barədə məlumat verilmir.























