Rusiyada GÜCLÜ YANĞIN – 340 nəfər təxliyyə edildi

Rusiyada GÜCLÜ YANĞIN – 340 nəfər təxliyyə edildibackend

Rusiyanın Rostov vilayətinin Krasnosulinsky rayonunda meşə yanğınları başlayıb.

Busaat.az TASS-a istinadla xəbər verir ki, yanğın təxminən 170 hektar ərazini əhatə edib. 4 hektar ərazidə yanğın lokallaşdırılıb.

Yanğının yayılma təhlükəsi üzündən yaxın ərazilərdən ümumilikdə 340 nəfər təxliyyə edilib.

Hadisə ərazisinə yaxən olan kənddə 11 yaşayış evi daxil olmaqla 26 bina yanıb. 1935-ci il təvəllüdlü qadın yanaraq ölüb.

Söndürmə işlərinə 406 nəfər canlı qüvvə və 120 texnika cəlb olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus bir ədəd “Be-200” təyyarəsi, “Mi-8” helekopteri, həmçinin Rusiya Müdafiə Nazirliyinə məxsus bir ədəd “Mi-8” helikopteri söndürülmə işlərinə cəlb edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90