Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 350 $▲0.38%
  • Ethereum1 790 $▲1.22%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiyada hakerlər saxta hava hücumu xəbərdarlığı veriblər

image-14832732091973914636
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın müxtəlif regionlarında televiziya və radio kanallarında hava hücumu siqnalının arxasında hakerlərin olduğu üzə çıxıb.

Busaat.az xəbər verir ki, Rusiya rəsmiləri hava hücumu xəbərdarlığı yayımlayan bir neçə regional televiziya və radionun hakerlər tərəfindən sındırıldığını bildirib.

Tass-ın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi kiberhücumdan sonra Rusiyanın müxtəlif bölgələrində saxta hava hücumu xəbərdarlığı edildiyini açıqlayıb.

“Ölkənin bəzi bölgələrindəki radiostansiyalar və telekanallar serverləri sındırıldıqdan sonra hava hücumu ilə bağlı xəbərdarlıq edib. Rusiya Fövqəladə Hallar Nazirliyi bu məlumatın yalan və həqiqətə uyğun olmadığını bildirir”, – nazirliyin açıqlamasında deyilir.

Bundan əvvəl Voronej vilayətində və Krımda hakerlərin radio proqramlarını kəsdiyi və hava hücumu xəbərdarlığı ilə yerli əhalini sığınacaqlara getməyə çağırdığı bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102214