Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiyada İRQÇİLİK: Ukraynanın işğalını tənqid edən yaşlı rus qadını sürüyərək avtobusdan atdılar

image-rusya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Moskvada Ukraynanın işğalını və Putin administrasiyasını tənqid edən yaşlı qadının yerdə sürünərək avtobusdan atılması görüntüləri sosial mediada müzakirələrə səbəb olub.

Busaat.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan videodan anlaşıldığı qədəriylə yaşlı qadın Rusiya prezidenti Vladimir Putini və onun administrasiyasını sərt sözlərlə tənqid edib.

Eyni zamanda, rus əsgərlərinin plastik ayaqqabılarla döyüşmək məcburiyyətində qaldığını deyən qadın qeyd edib: “Hər şeyi oğurladılar, əsgərləri bərbad şərtlərə məruz qoyublar. Bu bizim İmperiyamızdır. Bu, müflis bir imperiyadır”.

Bu zaman qara paltarlı bir kişi onu qəfildən götürüb yerdə sürüyərək avtobusdan aşağı atır. Maraqlıdır ki, ətrafdakı insanlar kişini dayandırmağa cəhd etməyiblər.

Paytaxt Moskvanın Dolqoprudnı rayonunda baş verən hadisənin görüntüləri sosial mediada böyük maraqla qarşılanıb. Yaşlı qadının avtobusdan atılaraq həyatını təhlükəyə atmasına çoxları reaksiya verib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95527