
Rusiyada partlayış: Ölən və yaralananlar var
Rusiyanın Ryazan şəhəri yaxınlığındakı hava limanında yanacaq tankerində partlayış baş verib.
Busaat.az xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
RİA Novostinin xəbərinə görə, bu gün səhər saatlarında paytaxt Moskvanın cənub-şərqində, Ryazan şəhəri yaxınlığındakı hava limanında yanacaq daşıyan tankerdə partlayış baş verib.
Hadisənin baş vermə səbəbləri barədə əlavə məlumat verilməyib.
Hazırda hadisəyerində istintaq prosesi başladılıb, araşdırma aparılır.
Busaat.az























