
Rusiyada qırıcı təyyarə yaşayış binasının üzərinə düşdü
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.
Məlumata görə, qəzaya uğrayan “Su-34” qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.Redaktor/az























