
Rusiyada qocalar evində DƏHŞƏTLİ YANĞIN: 20 nəfər öldü
Rusiyanın Sibir bölgəsinin Kemerovo şəhərində qocalar evində baş verən yanğında 20 nəfərin həyatını itirdiyi bildirilib.
Busaat.az TASS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yyıb.
Nazirliyin rəsmilərinə görə, Kemerovoda iki mərtəbəli binada yerləşən özəl qocalar evində naməlum səbəbdən yanğın baş verib.
İlkin məlumata görə, yanğın zamanı 20 nəfər ölüb.
Hadisə yerində araşdırmalar davam edir, yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
Yanğın nəticəsində tamamilə dağılan ikinci mərtəbədəki qocalar evinin qanunsuz olduğu bildirilir.
Busaat.az























