Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.16 $▼0.34%
  • WTI neft84.44 $▼0.35%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.173 $▲0.35%
  • Qızıl3 780 $▼0.18%
  • Gümüş45.88 $▲0.15%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 562 $▼0.48%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artdı

image-spirt
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayı artıb.

Busaat.az  “TASS”a istinadən xəbər verir ki, daha bir nəfər saxta spirtli içkidən dünyasını dəyişib və bununla da, zəhərlənərək həlak olanların sayı 35-ə çatıb.

Məlumata əsasən, daha 3 nəfər isə əvvəlki kimi süni ventilyasiya aparatına qoşulub. Bildirilir ki, həlak olanlar da daxil olmaqla sözügedən vilayətdə 64 nəfər saxta spirtli içkidən zərər görüb.

Qeyd edək ki, Rusiyanın Orenburq vilayətində ötən həftə spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb. Saxta içki satışı ilə bağlı doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan üçü azərbaycanlıdır. 1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59917