
Rusiyada səfərbərliyin ikinci dalğası yoxdur - Peskov
Rusiyada ikinci səfərbərlik dalğası yoxdur.
Busaat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Jurnalistlər Peskovun mart ayında Kremlin ikinci səfərbərlik dalğasının həyata keçirilməsi variantını müzakirə etməməsi ilə bağlı verdiyi açıqlamalar barədə sual veriblər. Bununla bağlı hər hansı dəyişikliyin olub-olmadığını soruşduqda Peskov deyib: “Yox, olmayıb, hələ də yoxdur”.
Həmçinin, jurnalistlər mətbuat katibindən ikinci səfərbərlik dalğası olacağı təqdirdə çağırış bildirişlərinin necə göndəriləcəyini də soruşublar.
“Çağırış sənədlərinə gəlincə, qanun layihəsi indi yalnız işdədir, iş davam edir”, – Peskov deyib.
Busaat.az























